Xırda şriftlərlə yazılan yazılara fikir vermədən müqaviləni imzalayırlar, sonra da... - İqtisadçıdan vacib AÇIQLAMA
Bank kartlarından oğurluq halları artmaqda davam edir. Təbii ki, bu, insanların banklara inamsızlığına da təsirsiz ötüşmür.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirdi ki, bank kartlarından insanların vəsaitinin itməsi və yaxud oğurlanması ikili məsuliyyət yaradır.
"Həm vətəndaşın, həm də bankların məsuliyyəti var. Sadəcə problem odur ki, insanlar banklarla müqavilə bağlayarkən, kartları alarkən, hesab açarkən xırda şriftlərlə yazılan yazılara fikir vermədən müqaviləni imzalayırlar. Orada belə bir qeydlər var ki, vətəndaşın günahı ücbatından, yəni vətəndaş öz bank kartının məlumatlarını başqa şəxsə ötürərsə, bu zaman bank məsuliyyətdən kənarda qalır. Əgər vətəndaş şübhəli əməliyyat görüb banka məlumat verirsə və bank bunun qarşısını almırsa, bu zaman bank məsuliyyət daşıyır və vətəndaşın vəsaitini qaytarmalıdır. Buna görə də burada ikili məsuliyyət prinsipi var", - deyə ekspert vurğuladı.
BƏNÖVŞƏ