OPEC+ cari neft hasilatı qərarlarını dəyişmədi
OPEC+ Nazirlərinin Monitorinq Komitəsi dekabrın 5-də OPEC+ iclasında qəbul edilmiş qərarlara saziş iştirakçılarının sadiqliyini təsdiqləyib.
Redaktor.az xəbər verir ki, bu barədə OPEK-in saytında dərc olunmuş yekun kommünikedə deyilir.
Nümayəndə heyətlərindən birindəki TASS mənbəsi daha əvvəl bildirmişdi ki, OPEC+ monitorinqi OPEC+-ın neft hasilatı ilə bağlı hazırkı qərarlarını dəyişməyəcək.
Kommunikedə qeyd olunur ki, könüllü azalmalara əməl edən OPEC+ ölkələri bu tədbirlər vasitəsilə neft bazarının sabitliyinin təmin edilməsinə diqqəti cəlb edib. OPEC+ nazirlərinin növbəti monitorinq görüşü aprelin 5-də baş tutacaq.
Turan İSMAYIL