Eldar Mansurovun oğluna yüksək vəzifə VERİLDİ - FOTO

 11:25 06.02.2025     502

Xəbər verdiyimiz kimi, Mərkəzi Banka yeni baş direktorlar təyin edilib.

Redaktor.az xəbər verir ki, onlardan biri də Anar Mansurovdur.

O, 1986-cı ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini “Maliyyə-kredit” ixtisası üzrə bakalavr, 2011-ci ildə həmin universiteti, 2022-ci ildə isə “Warwick” Universitetini “Biznesin idarə edilməsi” (MBA) ixtisası üzrə magistr dərəcələrilə bitirib.

Əmək fəaliyyətinə 2005-ci ildə Azərbaycan Respublikası Beynəlxalq Bankında başlayıb, 2022-ci ilin avqust ayından 2025-ci ilin fevral ayınadək Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə idarəetməsi departamentinin direktoru vəzifəsində işləyib.

2025-ci ilin fevral ayının 3-dən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib. Ailəlidir, 2 övladı var.

unikal.az saytının məlumatına görə, yeni baş direktor Azərbaycanın məşhur bəstəkarı, xalq artisti Eldar Mansurovun oğludur.

Anar Mansurov Mərkəzi Bankda baş direktor təyin edildi

Vumart və Güvən reklamı Vumart Güvən