"Azərbaycanda maliyyə alətləri şaxələndiriləcək" - Taleh Kazımov
![](https://img.redaktor.az/news/2025/02/photo_269868.webp)
Bu il Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə alətlərinin şaxələndirilməsi istiqamətində tədbirlər görəcək.
Redaktor.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov Dünya Bankının 2024-cü il üzrə "Dünyanın İnkişafı haqqında Hesabat"ının (World Development Report -- WDR) Bakıda yüksək səviyyəli təqdimat tədbirində bildirib.
Bundan başqa, onun sözlərinə görə, il ərzində dayanıqlı maliyyə alətlərinin sayının artırılması, pul siyasəti mexanizminin möhkəmləndirilməsi istiqamətində işlər həyata keçiriləcək.