Somalidən 2019-cu ildə cəmi 100 dollarlıq idxal etdiyimiz məhsul nə olub? - İqtisadçıdan AÇIQLAMA

 12:42 12.02.2025     152

"Həqiqətən, Somali bizim üçün çox maraqlı ölkə ola bilər. Ən azı ona görə ki, bu ölkə bizim üçün iqtisadi baxımdan hələ oxunmayan kitabdır".

Redaktor.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Eldəniz Əmirov Somali Prezidenti Hasan Şeyx Mahmudun Azərbayana səfərini şərh edərkən deyib.

"Təsəvvür edin ki, ölkəmizin xarici ticarət tərəfdaşlarının siyahısı olan cədvəldə bu ölkənin adının qarşısı kiçik xəttlərlə doludur. Yəni 2023-cü il istisna olmaqla ticarət tərəfdaşımız olmayıb. 2021-ci ildə 17500 dollarlıq məhsul idxal etmişik, 2019-cu ildə isə cəmi 100 dollarlıq bir idxalımız olub. Amma birdən birə 2023-cü ildə 960 min dollarlıq idxal etmişik.

Hesab edirəm ki, Somali Prezidenti Hasan Şeyx Mahmudun bu gün ölkəmizə rəsmi səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü Azərbaycanın Afrika Buynuzunda yerləşən bu kontinental ölkə ilə yeni əməkdaşlıq imkanlarının üzə çıxarmağa və mövcudları genişləndrməyə imkan verəcəkdir.

Düzdür, bu asan bir proses olmayacaqdır. Amma qeyri-mümkün kimi də görünmür", - deyə ekspert bildirib.

Turan İSMAYIL