"Ermənistan bundan qaça bilməyəcək, üstündə bərk duracağıq" - Aqil Abbas
![](https://img.redaktor.az/news/2025/02/photo_270310.webp)
Xəbər verdiyimiz kimi, Azərbaycan Ermənistanı məhkəməyə verib. Bildirilir ki, buna səbəb Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğalı zamanı torpaqlarda ifrastruktura, təbiətə vurduğu ziyandır.
Məsələylə bağlı Redaktor.az-a danışan millət vəkili Aqil Abbas bildirib ki, Ermənistan Azərbaycana vurmuş olduğu ziyanı ödəməlidir:
“Beynəlxalq qanunlara görə Ermənistan bizə təzminat ödəməlidir. Bundan qaça bilməyəcəklər, üstündə bərk duracağıq. Möhtərəm Prezident nəyi nə vaxt edəcəyini özü bilir. Biz torpaqlarımızda törətdikləri vandallıqlara görə Ermənistandan təzminatımızı alacağıq”.
Qeyd edək ki, Azərbaycana ən çox maddi ziyan Ağdamın işğalı zamanı vurulub və bu məbləğ isə 3,7 milyard manatdan artıqdır.
Vasif ƏLİHÜSEYN