"Yanvarda Azərbaycanda ÜDM azalıb" - İqtisadçı
![](https://img.redaktor.az/news/2025/02/photo_270341.webp)
"Yanvar ayında Azərbaycanda ÜDM 0,9% azalıb. Bu, əlbəttə, arzuolunan hal deyil. Amma bu tendensiyanın davamlı olacağını söyləmək də doğru olmaz".
Redaktor.az-ın məlumatına görə, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, ilin əvvəlində ÜDM-in azalması bir çox mövsümi və texniki faktorlarla izah oluna bilər.
"Məsələn, dövlət xərclərinin və investisiyaların ilin ilk aylarında ləng başlaması, bizneslərin yeni investisiya qərarlarını ilin ilk rüblərində ehtiyatla verməsi, ticarət və xidmət sektorunda dekabr ayında pik həddə çatan istehlakın yanvarda azalması, tikinti və kənd təsərrüfatı kimi sahələrin mövsümi səbəblərlə passiv olması və digər səbəblərdən qaynaqlana bilər.
Odur ki, iqtisadiyyatın əsas sektorlarda canlanma və dövlət investisiyalarının sürətlənməsi ilə ilin sonrakı aylarında artım bərpa olunacağına şübhə etmirəm.
Amma bütün hallarda 0,9%-lik azalma cidd siqnal olaraq qəbul edilməliidir. Ən azı ona görə ki, 2024-cü ilin yanvar ayında ÜDM əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz artmışdır*, - deyə ekspert bildirib.
Turan İSMAYIL