Bu şirkətin Azərbaycandakı filialı BAĞLANIR

 09:33 15.02.2025     132

"MS Prodakşın” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı fililalı ləğv olunur.

Redaktor.az xəbər verir, bununla bağlı şirkət özü elan edib.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1111 Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 11, mənzil 30 ünvanına bildirə bilərlər.

Şirkətin hansı səbəbdən bu qərarı qəbul etməsi açıqlanmayıb.

Qeyd edək ki, sözügedən şirkət ötən ilin oktyabrında dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi isə Serikova Maiyadır.