Azərbaycan nefti UCUZLAŞDI

 10:58 15.02.2025     98

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,24 ABŞ dolları və ya 0,31% azalaraq 76,61 dollar/barel təşkil edib.

Redaktor.az xəbər verir ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,26 dollar və ya 0,35% ucuzlaşaraq 75,13 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,26 dollar və ya 0,43% azalaraq 59,87 dollar/barelə bərabər olub.