"ABŞ Alyaskanı Rusiyadan 7,2 milyon dollara satın almışdı, bu gün həmin pula Bakıda villa satılır"

"Suallar çox olduğuna görə bildirirəm ki, hətta manatı dollara çevririb saxlamaq da onun dəyər itirməsinə mane ola bilmir. Çünki bütün pullar nəğd və ya nəğdsiz saxlanılmasından asılı olmayaraq dəyərini itirir".
Redaktor.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov özünün feysbuk hesabında yazıb.
"Məsələn, 2000-ci ilin əvvəllərində Bakıda 3 otaqlı mənzil alacaq qədər dolları evdə saxlayan bu gün həmin pula o mənzilin yalnız balkonunu ala bilər, ya da hamamını.
Başqa nümunə: ABŞ 1867-ci ildə sahəsi 1,5 milyon kv.km. olan Alyaskanı Rusiyadan 7,2 milyon dollara satın almışdı. Bu gün həmin qədər dollara Bakıda villa satılır.
Odur ki, hansı valyutada olmasından asılı olmayaraq, passiv saxlanılan vəsait-pul hər gün sahibindən xəbərsiz ölür", - deyə o qeyd edib.
Turan İSMAYIL