Türkiyə Azərbaycanla təbii qaz sahəsində əməkdaşlıq sazişini TƏSDİQLƏDİ

Türkiyə hökuməti Azərbaycan Respublikası Hökuməti ilə təbii qaz sahəsində Əməkdaşlıq Sazişini təsdiq edib.
Redaktor.az xəbər verir ki, müvafiq qərar “Resmi Gazete”də dərc edilib.
Qeyd edək ki, 2024-cü il mayın 14-də İstanbul şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi” imzalanıb.