Türkiyə şirkəti Azərbaycan bazarını tərk edir

Türkiyənin “Ader Global Lojistik Nakliyat Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı ləğv olunur.
Redaktor.az "Trend"ə istinadla xəbər verir ki, bu barədə şirkət özü elan edib.
Belə ki, bu ilin fevralın 25-də hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul edib.
Bildirilib ki, kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini AZ1078, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, AK.HƏSƏN ƏLİYEV, ev.139A ünvana bildirə bilərlər.
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcək”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, sözügedən şirkət ötən ilin dekabrında dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Zeynalov Elnur Eynulla oğludur.