Türkiyədən qazın Naxçıvana çatdırılması daha səmərəlidir - İqtisadçı

"İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın enerji təhlükəsizliyi baxımından çox zəruridir".
Bunu Redaktor.az-a iqtisadçı ekspert Emin Qəribli bildirdi.
"İndi qazımız əsasən Türkiyədən gəlib çatacaq. Bildiyimiz kimi, enerji iqtisadiyyatın vacib elementlərindən biridir. Əgər dayanıqlı təminat varsa, bu, inkişafa təkan verir. Xərclər artdıqca, Naxçıvan üçün qiymətlər də yüksəlir. Düşünürəm ki, Türkiyədən qazın çatdırılması daha səmərəlidir".
Ekspert qeyd etdi ki, bu hadisə Naxçıvanın investisiya cəlbediciliyini artacaq və iqtisadi inteqrasiyasına imkan yaranacaq.
"Eyni zamanda, bu proses həm Türkiyə, həm də Avropa iqtisadiyyatına inteqrasiyanı genişləndirəcək. Təbii ki, Azərbaycan iqtisadiyyatına da inteqrasiyaya şərait yaradacaq", - deyə iqtisadçı əlavə etdi.
Xatırladaq ki, ötən gün Azərbaycan və Türkiyə liderlərinin iştirakı ilə İğdır-Naxçıvan qaz boru kəmərinin açılış mərasimi olub.
Aytəkin TOFİQQIZI