Dövlət xidmətinin vəzifələri artırıldı - FƏRMAN

 16:34 11.03.2025     212

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi"ndə dəyişiklik edilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanı imzalayıb.

Fərmanla əsasnaməyə aşağıdakı məzmunda 3.0.17-1-ci yarımbənd əlavə edilir:

"3.0.17-1. üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi çərçivəsində əmlakın satılmasına, icarəyə və ya idarəetməyə verilməsinədək əmlaka qulluqla əlaqədar tədbirləri və üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsini təşkil etmək, habelə əmlakın idarə edilməsi ilə bağlı rəy vermək".