Azərbaycan D-8-ə QOŞULDU

 11:46 15.03.2025     229

Prezident İlham Əliyev Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib.

Redaktor.az xəbər verir ki, dövlət başçısı bununla bağlı “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında” Qanunu təsdiq edib.

Bununla da, Azərbaycan 2012-ci il noyabrın 22-də İslamabad şəhərində imzalanan “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulub.