Azərbaycanda istehsal olunan avtomobillərin sayı AÇIQLANDI

 15:41 17.03.2025     98

2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 467 ədəd minik avtomobili, 12 ədəd isə yük avtomobili istehsal edilib.

Redaktor.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 18.6%, yük avtomobili istehsalı isə 91.9% azalıb.

Qeyd edək ki, cari ilin mart ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 172 ədəd minik, 2 ədəd isə yük avtomobili təşkil edib.

Hesabat dövründə ölkədə 78 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30.4% azdır.

Xatırladaq ki, ötən il ölkədə 5998 ədəd minik avtomobili, 697 ədəd isə yük avtomobili istehsal edilib.