"Un məmulatlarının bahalaşması qaçılmazdır" - Natiq Cəfərli

 17:38 18.03.2025     123

"Unun bahalaşmasının əsas səbəbi Azərbaycanın özünü taxılla təmin etmək üçün kifayət qədər iş görməməsidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirdi.

O, qeyd etdi ki, ölkəmiz 15-20 ildir ki, xaricdən asılıdır:

"Azərbaycan 75% taxıl məhsulunu xaricdən alır, 25%-ni isə öz ehtiyatları sayəsində təmin edir. Bizim əgər 4/3 hissəmiz xaricdən asılıdırsa, orada olan istənilən qiymət dəyişikliyi bizə təsir edəcək".

Ekspert unun bahalaşmasının əsas səbəbini ölkədə taxıl istehsalında geriliklə əlaqələndirir.

Natiq Cəfərlinin fikrincə, Azərbaycanda 2,5-3 milyon ton dənli bitkilər istehsal olunur:

"Amma una çevriləcək keyfiyyətli buğdanın miqdarı azdır. Keyfiyyətli buğda istehsalı daxili bazarda da qiymətləri tənzimləyə bilər".

Ekspert unun bahalaşmasının çörəyin və digər un məmulatlarının qiymətlərinə də təsirsiz ötüşməyəcəyini xatırlatdı.

LEYLA