Slovakiya Azərbaycandan svop qaz tədarükünü müzakirə edir

 16:42 20.03.2025     120

Slovakiya Ukraynada sülh danışıqlarının Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranzitini bərpa etməyə imkan verəcəyinə ümid edir, lakin qaz tədarükü ilə bağlı Azərbaycanla danışıqlar aparır.

Redaktor.az bu barədə lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso bildirib.

“Danışıqlar aparırıq, ilk növbədə Azərbaycanla. Çünki svop qaz tədarükünü təşkil etməyə çalışırıq. Bu, bir çox texniki çətinliklərlə müşayiət olunur, ona görə də ümid edirəm ki, sülh danışıqları Ukrayna ərazisindən standart qaz tranzitinə yol açacaq”, - R.Fitso Avropa İttifaqının sammitində iştirak etmək üçün Brüsselə uçmazdan əvvəl parlamentin Avropa məsələləri üzrə komitəsinin iclasında deyib.

Xatırladaq ki, daha əvvəl o, Ukraynadan qaz tranziti olmadan Avropanın rəqabətədavamlı qala bilməyəcəyini, ona görə də Slovakiyanın onun bərpası üçün axtarışları davam etdirəcəyini vurğulamışdı.