Sinqapurdan Azərbaycana pul köçürmələri təxminən 40 % artdı

 17:15 21.03.2025     53

Ötən il Sinqapurdan fiziki şəxslər tərəfindən Azərbaycana həyata keçirilən pul köçürmələrinin həcmi 3,876 milyon ABŞ dolları təşkil edib.

Redaktor.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, il ərzində bu göstərici 39,98 % və ya 1,107 milyonABŞ dolları artıb.

Ölkəyə pul köçürmələrinin ümumi həcmində Sinqapurun payı 0,4 % təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə xarici ölkələrdən Azərbaycana fiziki şəxslər 1,082 milyardABŞ dolları (-34,56 %) həcmində pul köçürmələri həyata keçirib.

2023-cü ildə Sinqapurdan Azərbaycana fiziki şəxslər tərəfindən edilən pul köçürmələrinin həcmi 2,769 milyon ABŞ dolları, xarici ölkələrdən həyata keçirilən köçürmələrin ümumi həcmi isə 1,654 milyard ABŞ dolları təşkil edib.