Azərbaycan BƏƏ-yə birbaşa investisiyalarını təxminən 5 dəfə artırdı

Ötən il Azərbaycanın BƏƏ iqtisadiyyatına birbaşa xarici investisiyaları 457,531 milyonABŞ dolları təşkil edib.
Redaktor.az Azərbaycan Mərkəzi Bankına istinadla məlumat verir ki,investisiyaların həcmi illik müqayisədə 4,82 dəfə və ya 362,712 milyon ABŞ dolları artıb.
BƏƏ-yə Azərbaycan investisiyalarının ümumi birbaşa xarici investisiyalardakı payı 26 % təşkil edir.
Öz növbəsində, BƏƏ Azərbaycan iqtisadiyyatına birbaşa 490,156 milyon ABŞ dolları (+53,67 %) sərmayə qoyub. Əmirlik investisiyalarının Azərbaycanda birbaşa xarici investisiyalarının ümumi həcmindəki payı 7 % təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dolları (illik artım 5,83%) təşkil edib. Ötən il Azərbaycandan digər ölkələrin iqtisadiyyatına birbaşa olaraq 1 milyard 762 milyon ABŞ dolları (-43,5 %) sərmayə qoyulub.
2023-cü ildə BƏƏ-dən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 1,857 milyardABŞ dolları, ölkəyə birbaşa yatırımların ümumi həcmi isə 6,658 milyard ABŞ dolları təşkil edib. Bu dövr ərzində Azərbaycandan BƏƏ-yə 94,819 milyon ABŞ dolları sərmayə qoyulub, Azərbaycanın xarici ölkələrə ümumi birbaşa yatırımları 3,117 milyard ABŞ dollar təşkil edib.