Pandemiya və müharibə Azərbaycanın Ukraynaya investisiyalarına necə təsir etdi?

Ötən il Azərbaycandan Ukraynaya birbaşa xarici investisiyalar 6,021 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Redaktor.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadla xəbər verir.
Bu göstərici 2023-cü il səviyyəsindən aşağı olsa da, 2022-ci illə müqayisədə birbaşa yatırılan investisiyalar 74,5 % artıb.
2023-cü ildə Azərbaycanın Ukraynaya birbaşa investisiyaları kəskin artaraq 23,644 milyon ABŞ dollarına çatıb ki, bu da əvvəlki illə müqayisədə 33,08 dəfə çoxdur. 2022-ci ildə Ukraynadakı müharibə fonunda Azərbaycandan investisiyaların həcmi demək olar sıfıra düşüb - 2021-ci illə müqayisədə 95,97 % azalaraq cəmi 715 minABŞ dolları təşkil edib.
2021-ci ildə Azərbaycanın Ukraynaya investisiyaları 2,07 dəfə artaraq 17,259 milyon ABŞ dollarına çatıb. 2020-ci ildə pandemiyaya baxmayaraq, onların həcmi 8,567 milyon ABŞ dolları təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 2,43 dəfə (5,05 milyon ABŞ dolları) çoxdur.
Ukraynanın Azərbaycan iqtisadiyyatına yatırdığı birbaşa investisiyalara gəlincə, Mərkəzi Bankının məlumatına görə, 2020-ci ildə bu investisiyalar 2019-cu illə müqayisədə 20,76 dəfə (5,67 milyon ABŞ dolları) artaraq 5,957 milyon ABŞ dollar təşkil edib. Amma AMB-nin statistikasında 2021-2024-cü illər üzrə Ukraynanın Azərbaycana investisiyaları barədə məlumat yoxdur.