Azərbaycan bu il Rusiyaya neçə min ton pomidor ixrac edib?

 15:10 26.03.2025     199

Bu ilin əvvəlindən Azərbaycan Rusiyaya 28,7 min ton pomidor tədarük edib.

Bu barədə Redaktor.az-a Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) istinadən xəbər verir.

Martın 23-nə olan vəziyyətə görə, Azərbaycan 23 % payla Rusiyaya pomidorun iki ən böyük böyük tədarükçüsündən biridir.

Ümumilikdə, Rusiya ilin əvvəlindən 124,9 min ton pomidor idxal edib, ən böyük tədarükçü isə təxminən 30 min tonla Türkmənistandır.