Azərbaycan bu ölkəyə investisiyalarını 1 ildə 6900 dəfədən çox ARTIRIB

 18:30 30.03.2025     142

2024-cü il yanvar-dekabr aralığında Azərbaycandan Norveç iqtisadiyyatına yönəldilmiş birbaşa xarici investisiyaların ümumi həcmi 6, mln. 967 min ABŞ dollarına çatıb.

Redaktor.az valyuta.az-a istinadla xəbər verir ki, bu öncəki illə müqayisədə təxminən 6967 dəfə daha çoxdu. Qeyd edək ki, 2023-cü ildə Azərbaycan tərəfindən Norveç iqtisadiyyatına yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 1000 ABŞ dolları təşkil edib. 

Digər tərəfdən isə Norveç tərəfindən Azərbaycan iqtisadiyyatına cəlb olunmuş investisiyaların həcmi təxminən 10.2 % faiz və ya 15 mln. 483 min ABŞ dolları məbləğində azalıb.

Belə ki, 2023-cü ildə Azərbaycan iqtisadiyyatına 152 mln. 220 min ABŞ dolları birbaşa xarici investisiya yönəldən Norveç, 2024-cü ildə bu rəqəmi 136 mln. 737 min ABŞ dollarına endirib. 

Məlumat üçün bildirək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 5,83 % artaraq 7 mlrd. 46 mln. 217 min ABŞ dolları təşkil edib. 2023-cü ildə isə bu rəqəm 6 mlrd. 658 mln. 68 min ABŞ dolları idi.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə  43,3% azalaraq 3 mlrd. 117 mln. 441 min ABŞ dollarından 1 milyard 762 milyon 690 min ABŞ dollarına düşüb.