"Tramp öz məqsədinə çatdı" - Natiq Cəfərli

 16:46 10.04.2025     268

ABŞ Prezidenti Donald Tramp 75 ölkəyə tarif tətbiqinə 90 günlük fasilə verib. 

Burada Trampın əsas məqsədi nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Trampın tariflərlə bağlı qərarı yalnız tarif artırmaq xətrinə tarif artırmaq deyildi:

"Tariflərin əsas məqsədi danışıqlar üçün təməl yaratmaq, üstünlük qazanmaq idi. 75 dövlət onsuz da tez danışıqlara hazır olduqlarını bəyan etdi. Tramp demək olar ki, öz məqsədinə çatdı".

İqtisadçı ekspertin sözlərinə görə, Trampın əsas hədəfi Çin idi.

"Çin isə hələ danışıqlara getmək istəmir. Çinə qarşı fantastik tariflər təyin olundu. Düşünürəm ki, yaxın günlərdə, hətta ola bilər bu həftənin sonu və ya gələn həftənin əvvəli masaya oturmağa məcbur olacaq. Azərbaycana əlavə rüsumlar tətbiq olunmamışdı. 10% civarında rüsumlar var idi. Bütün ölkələrə 10% rüsum yerində qalır. Azərbaycana əvvəl də aidiyyəti yox idi, çünki 10%-lik siyahısında idi. Açığı, indi də aidiyyəti yoxdur", - deyə N.Cəfərli bildirdi.

Aytəkin TOFİQQIZI