"Azərbaycanda ən çox çatışmazlıq büdcə qanunvericiliyi və satınalmalarla bağlıdır"

"Aparılan auditlər göstərir ki, Azərbaycanda ən çox çatışmazlıq büdcə qanunvericiliyi və satınalmalarla bağlıdır".
Redaktor.az xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, neft qiymətlərinin aşağı düşməsi fonunda hesabatlılığının artırılması lazımdır:
"Satınalmalarla bağlı qanun qəbul edilsə də, onun reallaşdırılması yetərli səviyyədə olmadığına görə bu sahədə çatışmazlıqlar kifayət qədərdir”.
Millət vəkili bildirib ki, hazırda qəzalı vəziyyətdə olan binaların və evlərin söküntüsü, onların yerinə yenilərinin tikintisi həyata keçirilir:
“Bu məqsədlə dövlət vəsaitindən də istifadə olunacaq. Odur ki, qənaətli istifadə üçün qabaqlayıcı tədbirlər görülməlidir”.
Əli Məsimli əlavə edib ki, hazrda özəl şirkətlərin inşa etdiyi evlərin qiymətləri orta statistik Azərbaycan vətəndaşının alıcılıq qabiliyyətinə uyğun deyil.
“Bu, mənzil təminatına təsir edir”, - deyə o vurğulayıb.