Gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri AÇIQLANDI

 22:16 15.04.2025     108

Gələn il dövlət büdcəsinin gəlirləri 39 milyard 251 milyon 300 min manat, xərcləri 42 milyard 230 milyon manat olacaq.

Redaktor.az-ın xəbərinə görə, bu, Maliyyə Nazirliyinin açıqladığı 2026-cı il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin ortamüddətli proqnoz göstəricilərində əksini tapıb.

Beləliklə, 2025-ci illə müqayisədə 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 895 milyon 300 min manat, yaxud 2,33 faiz, xərcləri 822 milyon 400 min manat, yaxud 1,98 faiz artacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri 41 milyard 407 milyon 600 min manat məbləğində təsdiq edilib.