İqtisadiyyat nazirinin müşaviri vəzifəsindən azad edildi - YENİLƏNİB

 11:29 21.04.2025     199

İqtisadiyyat nazirinin müşaviri vəzifəsinə yeni təyinat olub. 

Redaktor.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, nazirin müşaviri vəzifəsinin müvəqqəti icrası Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinin keçmiş rəhbəri Məmməd Abbasbəyliyə həvalə edilib.

Qeyd edək ki, bu ilin martında Prezident İlham Əliyevin Sərəncamı ilə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrilib. Bununla da M.Abbasbəyli Dövlət Xidmətinin rəisi vəzifəsini itirib.

10:57

***

İqtisadiyyat nazirinin müşaviri Hüseyn Əliyev öz xahişi ilə vəzifəsindən azad edilib.

Redaktor.az xəbər verir ki, bu barədə APA-ya etibarlı mənbədən məlumat verilib.

Qeyd edək ki, H.Əliyev bundan öncə vergilər nazirinin müşaviri, Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri əvəzi, təhsil nazirinin müşaviri vəzifələrində çalışıb.