"Azərbaycan Çinin etibarlı və strateji baxımdan əvəzolunmaz tərəfdaşdır"

"Çin və Azərbaycan arasında bu gün imzalanmış sənəd bir çox istiqamətlərdə fürsətlər verəcək. İlk növbədə qeyd edim ki, artıq Azərbaycan sahibkarları Çində sərgilərə, işgüzar danışıqlara və digər məsələlərin dalınca viza almadan gedə biləcək. Bu isə həm idxal keşidin zənginliyi, həm də öz məhsullarımızın, xüsusilə kənd təsərrüfatı və qida orada təbliği üçün real fürsətdir".
Redaktor.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Ekspert deyib ki, çinli investorların da eyni ilə ölkəmizə vizasız səfər edə biləcəyi üçün sənaye zonalarımıza, texnoparklarımıza və innovasiya layihələrimizə yeni sərmayələrin cəlb olunması şansı artacaqdır:
"Həmçinin Zəngəzur dəhlizi perspektivilə bağlı yüksək gözləntilər formalaşır. Ölkəmizin logistik mərkəz statusunu daha da möhkəmlənir. Çin texnologiyalarının ölkəmizə layihələr şəklində ayaq aşmasına ciddi şans yaradır. Yaşıl enerji sahəsində Çin təcrübəsinə Azərbaycanın enerji keçidi strategiyasını dəstəkləməsi imkanı verir. Bu ölkənin Azərbaycanın əqli mülkiyyət sisteminə maraq göstərməsi isə bizim texnoloji startaplarımız üçün beynalxalq müdafiə və kommersiyalşma imkanlarını artırır.
Turust məsələsi isə ən tez hiss ediləcək müsbət tərəflərdən biri olacaqdır. Çümki, Çin dünyada ən çox turist göndərən ölkələrdən biridir — 2023-cü ildə xaricə 87 milyon nəfər səfər edib. Bu axının bir hissəsini Azərbaycana yönləndirmək artıq real görünür. Bu da turizm sektoruna nələr verə bilər, bu aydındır.
Onsuz da Ələt Azad İqtisadi Zonasına Çini marağı artmaqda idi. Bu imzalanan sənədlər zonanın beynəlxalq investisiya platformasına çevrilməsi prosesini sürətləndirib texnologiya transferini təşviq edə bilər.
Ən vacib qeyd etmək istədyim isə odur ki, Çin artıq öz iqtisadi potensialı ilə sərhədlərinə sığmayan ölkəyə çevrilib. O, genişlənmək və yeni etibarlı tərəfdaşlar axtarır. Azərbaycan isə bu mənada onun üçün həm etibarlı, həm də strateji baxımdan əvəzolunmaz tərəfdaşdır. Odur ki, 2024-cü ildə Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 27,7% artaraq 3,7 milyard dollara çatsa da bu rəqəm hələ potensialdan çox uzaqdır. Hazırda qarşılıqlı investisiya və idxal-ihracat imkanlarının genişlənməsi bu rəqəmi dəfələrlə artırmaq potensialına malikdir.
Son oxuduğum statistikaya görə bu günə qədər Çin 25 ölkə ilə qarşılıqlı vizasız gediş-gəlişlə bağlı sənəd imzalamışdır. Azərbaycan Çinlə qarşılıqlı vizaların ləğv edildiyi 26-cı ölkə oldu. Bunun özünü də rəsmi Pekinin ölkəmizə verdiyi strateji etimad kimi qəbul etmək olar.
Bir sözlə, bu səfərin nəticələri daha gələcəyək illərə hesablandığı üçün onu xüsusi strateji əhəmiyyətli səfər kimi xarakterizə etmək olar".
Vasif ƏLİHÜSEYN