Cəlilabadda “parnik” kartofun yığımına BAŞLANILDI

Son bir neçə gündə ölkənin böyük kartof istehsalçısı olan Cəlilabad rayonunda istixana şəraitində yetişdirilən kartofun yığımına start verilib.
Bu haqda Redaktor.az-a bir qrup fermer məlumat verib. Onların sözlərinə görə, rayonun Muğan, Maşlıq və Kazımabad kəndlərindən olan bir neçə fermer artıq karof yığımına başlayıblar. Aprel ayının sonunda isə kütləvi yığıma start veriləcək. Hazırda alıcılara təqdim olan kartofun start qiyməti 2 AZN-dir.
Fermerlər bildirib ki, becərdikləri kartof paytaxt bazarlarına və Rusiyaya daşınır.
Vasif ƏLİHÜSEYN