Təhlükəli yüklər nəqliyyat vasitəsilə daşınacaq - FƏRMAN

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı təsdiqlənib.
Redaktor.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Bu siyahıya təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması daxil edilib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı da təsdiqlənib.
Siyahıya təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınmasına, o cümlədən ölkə ərazisindən tranzit keçirilməsinə icazə daxil edilib.