Mərkəzi Bankın valyuta ehtiyatları AÇIQLANDI

 13:00 01.05.2025     121

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, mayın 1-nə AMB-nin valyuta ehtiyatları 11 milyard 62.5 milyon ABŞ dolları təşkil edir.

Bu göstərici əvvəlki ayla müqayisədə 36 milyon dollar çoxdur.

Qeyd edək ki, ötən ay AMB-nin valyuta ehtiyatları 11 milyard 26.5 milyon ABŞ dolları olub.