Bakıda yeni hava limanı tikilir - BU ÜNVANDA

Hazırda Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanı tikilir. Bu hava limanı sərnişindaşıma üçün də istifadə olunacaq
Redaktor.az xəbər verir ki, bu sözləri bu gün Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov Heydər Əliyev Mərkəzində keçirilən "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı tədbirdə çıxış edərkən deyib.
O qeyd edib ki, bu hava limanının əvvəlcə yük üçün tikilməsi nəzərdə tutulurdu.
"Əvvəlcədən nəzərdə tutulmuşdu ki, bu yük hava limanı olacaq. Ancaq indi qərara gəlinib ki, bu çoxfunksiyalı hava limanı olacaq. Niyə bunu qeyd edirəm? Çünki bu, universitetlər üçün də əhəmiyyətlidir. Bildiyiniz kimi, bu hava limanı Beynəlxalq Nəqliyyat Dəhlizlərinin kəsişməsində yerləşəcək. Beynəlxalq Dəniz Limanına yaxın ərazidə inşa ediləcək. Hava limanının tikintisi başa çatdıqdan sonra investorlarımız üçün bütün nəqliyyat-logistika məsələlərinin həlli çox sadə və əlverişli olacaq", - deyə o əlavə edib (Trend).