Mərkəzi Bankda sədrin müşaviri vəzifədən azad EDİLDİ

 11:33 07.05.2025     173

Azərbaycan Mərkəzi Bankının sədrinin müşaviri Ziya Əliyev Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti təyin edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Ziya Əliyev sosial şəbəkə hesabında məlumat paylaşıb.

Qeyd edək ki, uzun müddət AMB-də baş direktor vəzifəsində çalışmış Z. Əliyev bu ilin fevralında sədrin müşaviri təyin olunmuşdu.