Mərkəzi Bank bu şirkətlərə icrası məcburi göstəriş VERDİ

Azərbaycan Mərkəzi Bankı (AMB) “CPM-İnvest İnvestisiya Şirkəti” və “Troni İnvestisiya Şirkəti” QSC-lərə icrası məcburi göstəriş verib.
Redaktor.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, aparılmış tematik yoxlamalar çərçivəsində hər iki investisiya şirkətində “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın tələblərinə tam əməl edilmədiyi aşkarlanıb. Bununla bağlı investisiya şirkətlərinə xəbərdarlıq edilib, pozuntuların ən qısa zamanda aradan qaldırılması üçün icrası məcburi göstəriş verilib.