Prezident bu rayonla bağlı sərəncam İMZALADI

 12:48 04.06.2025     226

Quba rayonunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km) - Çiçi-Səbətlər-Qənidərə-Sırt Çiçi-Təngəaltı avtomobil yolu əsaslı təmir olunacaq.

Redaktor.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, 7 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.