"Alıcılıq qabiliyyəti çox aşağıdır" - fermerlər kartofunu sata bilmir - FOTO

 09:45 25.06.2025     112

Ölkənin cənub bölgəsi olan Cəlilabadda fermerlər kartoflarını satmaqda çətinlik çəkirlər. 

Onlar Redaktor.az-a bildiriblər ki, "Meyvəli" bazarına satmağa gətirdikləri kartof məhsullarına alıcı tapa bilmirlər. Fermerlərin sözlərinə görə, alıcılıq qabiliyyəti çox aşağıdır. R.Quliyev adlı fermer əməkdaşımızla söhbəti zamanı iki gündür ki, bazarda qaldıqlarını bildirib:

"Burda öz əkdiyi kartofunu satan da var və bir də elə adam var ki, rayondan alıb gətirib burda satır. İki gündür ki, bazardayıq, alıcı demək olar ki, yoxdur. Əvvəl bir adam 50, 60 kisə kartof alırdı, indi isə gəlib 1, 2 kisə alır. Kartofun kiloqramını  45, 50 qəpiyə təklif edirik. İndi Tovuz rayonun da kartofu artıq çıxıb. Ötən il kartof bundan da bol idi, amma alıcı da var idi. İndi isə kartof azdı, amma alıcı yoxdur". 

Vasif ƏLİHÜSEYN 

222