"Rusiya bu siyasəti uzunmüddətli davam etdirə bilməz"

 15:50 28.06.2025     94

Rusiya azərbaycanlı miqrantlara qarşı təzyiqləri artırır. Dünyasını dəyişən həmvətənlərimizə Allahdan rəhmət diləyirik.

Amma bir iqtisadçı kimi əminliklə deyirəm ki, Rusiya bu siyasəti uzunmüddətli davam etdirə bilməz.

Bu gün Rusiya üçün demoqrafik problemlər Ukraynadan və NATO-dan daha təhlükəlidir. Buna görə də təkcə bir uşağın doğulmasına görə dövlətin maliyyə yükü, yəni ailələrə verilən müavinət və təşviqlər 10 000 – 22 500 ABŞ dolları arasında dəyişir.

Əgər miqrantlara münasibət dəyişməzsə, bu cür davam edərsə, Rusiya bugünkü doğum stimullarını sabah itirilmiş nəsillərin xərci ilə ödəməli olacaq. Amma miqrantların yoxluğu şəraitində uşaq başına 100 min dollar vəd edilsə belə effect olmayacaq.

O ki qaldı, bizə...

Azərbaycan bu prosesi yalnız müşahidə etməklə kifayətlənməməlidir. Əksinə, Rusiyadan qayıdan vətəndaşlarımızın burada iş qurması, sahibkarlıqla məşğul olması üçün imkanlar genişləndirilməlidir.

Mən ötən ayın sonunda “İqtisadi hekayə” rubrikasında yazdığım ilk hekayə məhz Rusiyada iş quran, amma həmin biznesini ölkəmizə daşımaq istəyən azərbaycanlı iş adamlarının obrazına həsr etmişdim. Hələ onda bu hadisənin olacaöını bilmirdim. Amma bu sahədə ölkə üçüm imkanları görürmək olurdu. Onların ölkəmizə qayıdışı "dar pəncərə"dən baxanda problem kimi görünsə də, geniş "qapı"dan çıxıb diqqətlə baxanda isə ortada fürsətlərin olduğu aydın olur.

Eldəniz Əmirov,

iqtisadçı