Neft bazarında dönüş: OPEC+ hasilatı artırır, qiymət strategiyası dəyişir

Ukrayna müharibəsindən sonra neft qiymətlərinin 130 dollara çatması qərbin OPEC+a hasilatı artırmaqla bağlı təzyiqlərinə səbəb olmuşdu. Əsassız deyildi, çünki dünyada hər il hasil olunan 100 milyon barrel neftin hardasa 40%-i bu kartelin payına düşür. 2021-dən hasilatı artıran qrup da qiymətlərə neft tədarükü yox, geosiyasi amillərin təsirini əsas gətirib kvotanı dəyişmirdi. İl sonuna yaxın qiymətlərin azalması isə əlavə ixtisarlara yol açdı. Beləcə, 2023-dən könüllü ixtisarlara gedən üzvlər 2024-də də qüvvədə qalan strategiya ilə hərəkət edərək qiymətləri 80-90 dollar aralığında tutmaq üçün dekabrda hasilatı daha 2.2 milyon barrel azaltma qərarına gəldi.
Ancaq, Trampın məlum tarif siyasətinin səbəb olduğu ticarət müharibəsi fonunda bazar payını bərpa etmək üçün OPEC+ aprel ayından başlayaraq kursu yenidən dəyişdi. Birinci aydakı 138 min barrel artımın ardınca ardıcıl 3 ayın hər birində hasilatı 411 min barrel artıran qrup beləliklə əvvəlcədən nəzərdə tutulan 2.2 milyon barrellik azalmanın 60%-ni ixtisar elədi. 5 iyul tarixində isə avqust ayı üçün planlaşdırılan 548 min barrellik əlavə ilə OPEC+ prosesi bir qədər də sürətləndirdi. Bununla da gündəlik hasilatın həcmi yenidən 43 milyon barrelin üstünə qayıtdı.
Son iclas verilən qərardan əlavə, bunu edərkən qrupun nə dərəcə vahid göründüyünü izləmək baxımdan da əhəmiyyət daşıyırdı.
Pünhan Musayev,
İqdisadçı