"Müharibələr Avropanın Azərbaycanla enerji sektorundakı əməkdaşlığını bir addım daha yaxınlaşdırdı"

 18:13 08.07.2025     58

"Baş verən geosiyasi dəyişikliklər Azərbaycan iqtisadiyyatına müxtəlif aspektdən təsir edib".

Bu fikri Redaktor.az-a iqtisadçı Günay Hüseynova dünyada baş verən geosiyasi dəyişikliklərin və Rusiya-Ukrayna müharibəsinin Azərbaycan iqtisadiyyatına olan təsirindən danışarkın bildirdi.

"İlk növbədə onu qeyd edim ki, Qafqazdakı geosiyasi dəyişiklik ticarət dövriyyəmizdə dəyişiklik yaratdı. Belə ki, bu regionda ən böyük ticari tərəfdaşımız Rusiyadır. Azərbaycan Rusiyadan buğda, taxıl məhsulları, gübrə idxal edir. Geosiyasi proseslər qıtlığa və qiymət artımına səbəb olur. Müəyyən məhsullar var ki, onların qiymət artımının qarşısının alınması dövlət tənzimləməsi həyata keçirilir. Belə ki, unun qiymət artımının qarşısı alınır, kənd təsərrüfatına dotasiya, subsidiyalar tətbiq olunur və gübrənin güzəştli satışı həyata keçirilir. Ümumi nəzərdən keçirsək, bir məhsulu müxtəlif ölkələr istehsal edir".

Müsahibimiz vurğuladı ki,  Azərbaycan regionda sadəcə bir ölkənin ixracatından asılı deyil.

"Yerli bazarın məhsul ixracına qaldıqda isə geosiyasi səbəblərdən azalma oldu. Kənd təsərrüfatı ixrac potensialımızda azalma olmayıb.

Qafazdakı geosiyasi proseslər, müharibələr Avropanın Azərbaycanla enerji sektorundakı əməkdaşlığını bir addım daha yaxınlaşdırdı. Belə ki, Rusiya Avropa münasibətlərinin zəifləməsi Azərbaycanla Orta Dəhlizdə əlaqələrin möhkəmlənməsi, tranzit nəqliyat vasitəsi kimi Azərbaycanla iqtisadi ticarət əlaqələrini möhkəmləndirdi", - deyə iqtisadçı ekspert fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI