Mərkəzi Bank bu şirkəti külli miqdarda cərimələtdirdi

 14:42 09.07.2025     81

Nərimanov Rayon Məhkəməsində “Zernak” MMC barəsində cərimə protokolu tərtib olunub.

Redaktor.az xəbər verir ki, Mərkəzi Bank şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərib.

Bildirilib ki, şirkət tərəfindən 84 004 dollar məbləğində pul “SHAOXİNG KEQİAO PANJİN TEXTİLE CO., LTD”nin müvafiq bankdakı olan hesabına köçürülüb və qarşılığında alman malların idxal ediləcəyi vurğulanıb. Lakin qeyd edilən məhsullar köçürmədən 2 il vaxt keçsə də, idxalı baş tutmayıb. Həmçinin vəsait ölkəyə geri qaytarılmayıb.

Məhkəmənin qərarına əsasən, “Zernak” MMC 16 800 dollar (vəsaitin 20 faizi) məbləğində cərimə olunub.