"Danone" ləğv olunur

 12:36 11.07.2025     92

"Danone" MMC ləğv olunduğunu elan edib.

Redaktor.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 37 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Danone" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 390 min manatdır. Şirkət süd məhsulları sektorunda tanınmış brendlərin Azərbaycana idxalı ilə məşğul olub.

Vumart və Güvən reklamı Vumart Güvən