Azərbaycan Rusiyadan şokolad idxal edən ölkələr arasında ikinci yerdədir

 15:19 13.07.2025     121

Azərbaycan 2025-ci ilin birinci rübündə Rusiyadan şokolad idxal edən ölkələr arasında ikinci olub.

Redaktor.az xəbər verir ki, bu barədə BMT-nin “Comtrade” platformasının məlumatında deyilir.

Belə ki, hesabat dövründə Azərbaycana 23,4 milyon ABŞ dolları dəyərində məhsul idxal olunub. Siyahıya 78,3 milyon dollarlıq idxal göstəricisi ilə Qazaxıstan başçılıq edir. Üçüncü yerdə Özbəkistan (21,4 milyon dollar) qərarlaşıb.

Rusiya şokoladının əsas idxalçıları arasında Qırğızıstan (14,7 milyon dollar), Gürcüstan (8 milyon dollar) və Çin də (7,4 milyon dollar) var. İlk 10-luğu 2,1 milyon dollarla Almaniya tamamlayır.

Vumart və Güvən reklamı Vumart Güvən