"Sanksiyalar İran iqtisadiyyatına təsir göstərəcək" - Deputat

 17:13 01.08.2025     84

ABŞ İrana qarşı 7 il ərzində ən genişmiqyaslı sanksiyaları tətbiq edib.

Bu sanksiyalar qarşısında İran iqtisadiyyatı çökə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirdi ki, sanksiyalara baxmayaraq İran neft ixracatını davam etdirir.

"Beynəlxalq təşkilatların qiymətləndirməsi göstərir ki, bu ilin iyun ayında İranın gündəlik neft ixracatı 1,7 milyon barelə yaxın olub. Eyni zamanda bu İran üçün aylıq 3,5 milyard dollar gəlir deməkdir. Ona görə təbii ki, sanksiyaların İran iqtisadiyyatına təsiri olsa belə, amma İranın enerji əməkdaşlığı davam etdirməsi praktiki olaraq İranın bu istiqamətdə xüsusən enerji satışlarından gəlir əldə etməsi anlamına gəlir. Bu kontekstdən təbii ki, birmənalı şəkildə, biz sanksiyaların İranın iqtisadiyyatına təsirlərini müşahidə etsək də amma İranın həm daxili istehsal, həm də ixrac imkanlarının optimallaşdırılmağa  çalışması müşahidə olunur. O baxımdan təbii ki, sanksiyalar İran iqtisadiyyatına təsir göstərəcək, amma İran da mövcud siyasətini davam etdirərək sanksiyaların təsirlərini minumlaşdırmağa çalışacaq. Ona görə də proses növbəti dövrlərdə də əvvəlki illərdə olduğu kimi davam edəcək. Amma təbii ki, İran üçün bütövlükdə sanksiyaların genişləndirilməsi heç bir halda arzuolunan deyil", - deyə millət vəkili yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən