İndiyədək verilən ipoteka kreditinin həcmi AÇIQLANDI

 19:37 06.08.2025     62

Bugünədək İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 54 984 borcalana 3,568 milyard manat kredit verilib.

Redaktor.az  xəbər verir ki, bu barədə Modern.az-a İKZF-dən məlumat verilib.

Bundan başqa, zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 581 milyon manata bərabər olub.

7 751 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

İKZF 2017-ci ilin sonunda "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.

Vumart və Güvən reklamı Vumart Güvən