"Məhsullar asanlıqla xarici ölkə bazarlarına çıxarılacaq" - İqtisadçı

 12:04 08.08.2025     109

"Zəngəzur dəhlizin açılmasının iqtisadi və geosiyasi üstünlükləri var. Belə ki, dəhlizin açılması Türkiyə və Orta Asiya ilə ölkəmizi birləşdirəcək".

Bu fikirləri Redaktor.az-a iqtisadçı Günay Hüseynova Zəngəzur dəhlizinin açılması məsələsindən danışarkən bildirdi.

Onun sözlərinə görə, artıq əlavə daşınma xərcləri aradan qaldırılacaq.

"Məhsullar asanlıqla xarici ölkə bazarlarına çıxarılacaq. Tanzit zona kimi İran ərazisindən istifadə edilirdi. Həm zaman itkisi idi həm də nəqliyyat xərclərinin artıq olması nəticəsində də məhsul baha başa gəlirdi. Dəhlizin açılması təkcə Naxçıvan bölgəsi üçün deyil yaxın ətraf xüsusi ilə də Qərb bölgəsinin inkişafı və iqtisadi perspektivi baxımdan da əhəmiyyət kəsb edir".

İqtisadçı vurğuladı ki, həmin bölgə məhsullarını bir başa Naxçıvana və ya Zəngəzur dəhlizi vasitəsi ilə Türkiyəyə çıxara biləcək.

"Dəhlizin açılmasının digər iqtisadi səmərəsi turistik baxımdan əhəmiyyətlidir. Birbaşa keçid vasitəsi ilə təhlükəsiz şəkildə ölkəmizə səfər edə bilərlər. Dəhlizin açılması ilə əlaqədar olaraq əsas vacib məqam isə yerli və xarici vətəndaşların təhlükəsizliyinin təmini ilə əlaqədardır. Düşünürəm ki, dövlətimiz tərəfindən bu missiya da layiqincə yerinə yetiriləcək". - deyə G.Hüseynova əlavə etdi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən