SOCAR-ın tərkibində yeni hüquqi şəxslər yaradılacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində yeni hüquqi şəxslər yaradılacaq.
Redaktor.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Qaz təchizatı haqqında” Qanunda öz əksini tapıb.
Azərbaycan Dövlət Neft Şirkəti qazın nəqlini, paylanmasını, saxlanmasını, topdan satışını və idxalını, habelə pərakəndə satışını həyata keçirmək məqsədilə 2027-ci il yanvarın 1-dək tabeliyində ayrı-ayrı hüquqi şəxslərin yaradılmasını, həmin hüquqi şəxslərdə mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqini, o cümlədən onların müşahidə şuralarının yaradılmasını təmin edib, Azərbaycan Prezidentinə məlumat verməlidir.