"Zəngəzur dəhlizinin açılması əlavə gəlir əldə etməsinə şərait yarada bilər" - İqtisadçı

Prezident İlham Əliyev açıqlamasında bildirib ki, Zəngəzur dəhlizi İranda mövcud olan Şimal dəhlizinə dəstək olacaq.
Zəngəzur dəhlizi İran üçün üstünlükdür, yoxsa rəqabət?
Redaktor.az-a açıqlama verən iqtisadçı Günay Hüseynova bildirdi ki, Zəngəzur dəhlizinin açılması İran üçün həm faydalıdır, həm də rəqabət mühitinin formalaşmasına əsas risk təşkil edir.
"İran iqtisadiyyatını hazırda düşündürən məsələ alternativ nəqliyyat yolunun istifadəsi, İranda mövcud olan Şimal Dəhlizindən istifadənin azalması nəticəsində gəlirliliyin azalması ilə bağlıdır. Dəhlizin açılması, həmçinin, İranın şimal və cənub marşrutu ilə inteqrasiyası nəticəsində yüklərin dövriyyəsinin artmasına və əlavə gəlir əldə etməsinə şərait yarada bilər. Üstünlük yaxud rəqabət məsələsinə gəldikdə isə, bunu konkret olaraq dəhlizin açılması və istifadəsindən sonra statistik rəqəmlərə əsaslanaraq demək mümkün olacaq".
Aytəkin TOFİQQIZI