Bank sektorunda unikal müddətli əmanətçilərin sayı 170 min nəfəri ÖTÜB

 18:46 29.08.2025     555

2025-ci ilin avqust ayının 1-nə Azərbaycanın bank sektorunda unikal müddətli əmanətçilərin sayı 173 min 702 nəfər olub.

Redaktor.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ayla müqayisədə 5529 nəfər, ilin əvvəli ilə müqayisədə isə 23 min 183 nəfər artıb.

Qeyd edək ki, unikal müddətli əmanətçi – bankda müddətli əmanət yerləşdirən və bütün hesabları nəzərə alınaraq yalnız bir müştəri kimi qəbul edilən fiziki şəxsdir.

Vumart və Güvən reklamı Vumart Güvən