Bakıda orta əməkhaqqı artıb

 15:48 24.09.2025     430

Bu ilin yanvar-iyul aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 376,3 manat təşkil edib.

Bu barədə Redaktor.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar-iyul ayları ilə nisbətən 8,6 % artıb.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,5 % artaraq 1 098,1 manat təşkil edib.

Vumart və Güvən reklamı Vumart Güvən