Bakıda keçirilən Birinci İnvestisiya Forumunun əhəmiyyəti nədən ibarətdir? - AÇIQLAMA
Bakıda ölkə iqtisadiyyatının inkişafı və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan Birinci İnvestisiya Forumu keçirilib.
Forumun əsas əhəmiyyəti nədən ibarətdir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirdi ki, bu tipli forumlar və görüşlər iqtisadi sahədə yeni müqavilələrin bağlanmasına, şirkətlərin bir-birini daha yaxından tanımasına, yeni imkanların, fürsətlərin yaranmasına təsir göstərən mühüm amildir.
"İqtisadiyyat naziri açıqlama verib ki, milyardlarla dollarlıq müqavilələrin əsası qoyulur. Yəni istər-istəməz, bu tipli forumların Azərbaycan iqtisadiyyatına, investisiya mühitinə, investisiyaların cəlb olunmasına ciddi müsbət təsiri olur. Bu, ənənəvi hal alsa və hər il keçirilsə, getdikcə daha çox iştirakçılıq olsa, mənə elə gəlir ki, Azərbaycan iqtisadiyyatına müsbət təsir edən amillərdən birinə çevrilə bilər", - deyə iqtisadçı qeyd etdi.
Aytəkin TOFİQQIZI













